ABŞ Konqresi Ukraynaya əlavə maliyyə ayrılmasını təsdiqləməsə, onun Kiyevə kömək etmək imkanları dekabrın 30-da tükənəcək. Missiya.Az xəbər verir ki, bu barədə ABŞ müdafiə nazirinin müavini, departamentin maliyyə məsələlərinə cavabdeh olan Maykl Makkordun məktubunu əldə edən “Bloomberg” agentliyi məlumat yayıb.Nəşrin məlumatına görə, dekabrın 15-də rəsmi ABŞ qanunvericilərinə bildirib ki, son 1,07 milyard dollar Birləşmiş Ştatların arsenalını artırmaq üçün yeni silahların alınmasına xərclənəcək. Bloomberg məktubdan sitat gətirir: “Bu vəsait istifadə edildikdən sonra departament Ukraynaya hərbi yardım üçün bütün maliyyəni dayandıracaq”.Qeyd olunub ki, Pentaqonun proqnozlarına görə, bu, dekabrın 30-da baş verəcək.Xatırladaq ki, Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi dekabrın 18-də keçirdiyi brifinqdə təsdiqləyib ki, ABŞ dekabrda Kiyevə daha bir hərbi yardım paketi göndərəcək və bundan sonra vəsait tükənəcək. Daşqın HəsənovMissiya.Az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta