AZ

Tovuzda avtomobillər toqquşaraq körpüdən aşıb

ain.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

Tovuzda yol-nəqliyyat hadisəsi qeydə alınıb.APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı–Qazax magistral yolunun üzərində yerləşən körpüdə baş verib.

İlkin məlumata görə, hərəkətdə olan iki minik avtomobili toqquşub. Toqquşmadan sonra avtomobillər körpüdən dərəyə aşıb.

Qəza nəticəsində iki nəfər xəsarət alıb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
13
apa.az

10Mənbələr