AZ

Ermənistan Azərbaycanla sərhəddə "ağıllı pasport" sistemi tətbiq edəcək

Ermənistan sərhəddə "ağıllı pasport" sistemi tətbiq edəcək.

Operativ Media xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin sərhədlərində, o cümlədən Azərbaycanla sərhəddə “ağıllı” pasport nəzarət sisteminin tətbiq olunacağını açıqlayıb.

Onun sözlərinə görə, ölkəyə giriş ümumi dövlət prinsipləri əsasında tənzimlənəcək.

Yeni sistem elektron oxuyucular vasitəsilə işləyəcək və sərhədçilərin iştirakı yalnız şübhəli şəxslərin aşkarlandığı hallarda nəzərdə tutulur.

Texnologiyanın Ermənistanın bütün quru sərhədlərində və hava limanlarında tətbiqi planlaşdırılır.

Seçilən
9
operativmedia.az

1Mənbələr