AZ

Əks yolla gələn skuter sürücüsü maşının qapısına çırpılıb yerə yıxıldı VİDEO

ain.az, Avtosfer saytına istinadən bildirir.

Yolda baş verən qəzanın videosu anbaan kameraya düşüb. Avtosfer.az xəbər verir ki, yolun kənarında dayanan yük avtomobilinin sürücüsü yola baxmadan qapını açıb. Bu zaman əks istiqamətlə hərəkət edən skuter sürücüsü açılmış qapıya dəyərək yerə yıxılıb. Xoşbəxtlikdən hadisə xəsarətsiz ötüşüb.

Qanunvericilikdə qeyd olunub ki, sürücü qapını açan zaman hərəkət iştirakçılarına maneə törətməməlidir.

Qeyd edək ki, burada skuter sürücüsünün də günahı var. Əksər skuter sürücüləri düşünürlər ki, qaydalar onlara aid deyil. Lakin istənilən növ nəqliyyat vasitələrinin sürücüləri yol hərəkəti qaydalarına əməl etməlidir.

Fərid

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
5
avtosfer.az

1Mənbələr