Mahaçqalanın “Legion” futbol klubu maliyyə problemləri səbəbindən peşəkar statusunu itirmək riski ilə üzləşir .
Publika.az xəbər verir ki, bu barədə “Championat” mənbəyə istinadən məlumat yayıb.
“Vəziyyət çətindir – klubda maaş ayda 15 min rubldan çox deyil və bəzi futbolçular üçün maaş əvəzinə klub qalmağa yer və yemək verir”, – mənbə deyib.
Peşəkar statusunu itirməmək üçün “Legion” satışa çıxarılıb. Komanda 10 milyon rubl dəyərində qiymətləndirilir.