Milli komandaların oyunları Türkiyə klublarına yaxşı təsir etməyib.
Fanat.Az xəbər verir ki, "Qalatasaray", "Fənərbağça" və "Beşiktaş"ın futbolçuları ard-arda zədələnərək oyuna davam edə bilməyilər.
Nigeriya – Ruanda matçında "Qalatasaray"ın hücumçusu Viktor Osimhen zədələnərək oyunu yarımçıq tərk edib.
Yaponiya – Meksika görüşündə "Fənərbağça"nın futbolçusu Edson Alvares zədələndi və matça davam edə bilmədi.
Nigeriya – Cənubi Afrika oyununda isə "Beşiktaş"ın oyunçusu Vilfred Endidi zədələnərək meydanı vaxtından əvvəl tərk edib.
Beləliklə, milli fasilə Türkiyə nəhənglərinə üzücü xəbərlərlə gəlib.
Kamil Xudiyev