AZ

Azərbaycanda bu məhsulların qiyməti bahalaşıb – Siyahı

Cari ilin avqust ayında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin eyni dövrünə nisbətən 4,9 faiz artıb.

Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.

Məlumata görə, qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə qiymətlər 6,6 faiz, qeyri-qida məhsulları üzrə 2,1 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə isə 4,9 faiz yüksəlib.

Avqust ayında istehlak qiymətləri indeksi əvvəlki ayla müqayisədə 0,4 faiz artıb. Yanvar-avqust aylarında isə ötən ilin müvafiq dövrünə nisbətən qiymətlər 5,6 faiz bahalaşıb.

Ay ərzində bahalaşan qida məhsulları bunlardır:

– Mal və qoyun əti;

– Süd;

– Yumurta;

– Günəbaxan və qarğıdalı yağları;

– Banan;

– Albalı;

– Ərik;

– Qarpız;

– Ağ kələm;

– Göyərti;

– Xiyar;

– Göy lobya;

– Yerkökü;

– Sarımsaq;

–  Şokolad məmulatları.

Eyni zamanda, limon, alma, armud, yemiş, üzüm, gül kələmi, brokkoli, pomidor, şirin bibər, badımcan, süfrə çuğunduru, soğan və kartofun qiymətləri ucuzlaşıb.

Qeyri-qida məhsulları üzrə qiymətlər əvvəlki ayla müqayisədə 0,1 faiz artıb. Burada daha çox şəxsi gigiyena vasitələri və zərgərlik məmulatlarının bahalaşması, yay geyimlərinin isə ucuzlaşması müşahidə olunub.

Seçilən
3
7times.az

1Mənbələr