Tovuzda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Əlimərdanlı kəndi ərazisində baş verib. Belə ki, “Prius” markalı maşın “Opel” markalı avtomobillə toqquşub. İlkin məlumata görə, qəza zamanı 1989-cu il təvəllüdlü Zaur Mehdiyev və 2002-ci il təvəllüdlü Ağası Məmmədov müxtəlif bədən xəsarətləri alıblar. Yaralılar Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyətləri orta-ağırdır. Xəsarət alanlar şəxslərin taksi fəaliyyəti ilə məşğul olduğu bildirilir.