ABŞ prezidenti Donald Tramp Polşada pilotsuz təyyarə ilə bağlı insidenti şərh edib.
Busaat.az xəbər verir ki, onun paylaşımı “Truth” sosial şəbəkəsində dərc olunub.
“Rusiya niyə dronlarla Polşanın hava məkanını pozur?”, – deyə ABŞ prezidenti yazıb.
Bundan əvvəl Polşanın baş naziri Donald Tusk bildirib ki, ötən gecə bir neçə pilotsuz təyyarə ölkənin hava məkanını pozub. O, daha sonra əlavə edib ki, dünən gecə Polşa səmasında vurulan pilotsuz təyyarələr Rusiyaya məxsusdur.
Yeganə