AZ

Paşinyandan ermənilərə: Sülh bərqərar edildi

GlobalInfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“Ermənistanla Azərbaycan arasında etimad olmadığı üçün sənəd imzalanıb. Əgər etimad olsaydı, sənədi imzalamağa ehtiyac qalmazdı”.

Globalinfo.az bildirir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

“Sizə niyə elə gəlir ki, Ermənistanda yalnız Azərbaycanın bəyəndiyi bəyanatlar səsləndirilir? Niyə düşünürsünüz ki, Ermənistanda konkret vətəndaşlar və qüvvələr ancaq Azərbaycanın qanunsuz saymadığı termin və ifadələri işlədir? Ona görə də bu sənəd imzalanıb. Artıq heç im əksini sübuta yetirə bilməyəcək. Sülh təmin olunub. Mən insanlara deyirəm, sülh bərqərar edilib. Gəlin şəhidlərin xatirəsi önündə diz çökərək xoşbəxt və şad yaşayaq”, – Paşinyan vurğulayıb.

Əliyar Xəlil

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
79
globalinfo.az

1Mənbələr