AZ

Qrossi: “Zaporojjya AES-də 7 təhlükəsizlik meyarından 6-sı pozulub”

“Zaporijjya Atom Elektrik Stansiyasında (ZNPP) nüvə təhlükəsizliyi hələ də qeyri-sabitdir”.

Busaat.az xəbər verir ki, bunu MAQATE-nin rəhbəri Rafael Qrossi deyib.

Onun sözlərinə görə, zavodun özünün yaxınlığında baş verən hərbi əməliyyatlar dərin narahatlıq doğurur.

“ZNPP-də nüvə təhlükəsizliyi qeyri-sabit olaraq qalır, yeddi meyardan altısı pozulub”, – deyə Qrossi qeyd edib.

Sentyabrın 9-da stansiyanın direktoru Yuri Çerniçuk bildirmişdi ki, Ukrayna Silahlı Qüvvələri kritik obyektlərə hədəfli zərbələr endirməyə başlasa, Zaporijjya AES işıqsız qala bilər. Lakin rusiyalı mütəxəssislər belə vəziyyətə hazırdırlar və müvafiq təlimlər keçirirlər.

Çerniçukun sözlərinə görə, stansiyada bir aylıq dizel yanacağı var, əlavə yanacağın tədarükü üçün kanal da yaradılıb.

Yeganə

 

Seçilən
3
busaat.az

1Mənbələr