"Mançester Yunayted"in sabiq futbolçusu Kristian Eriksenin yeni klubu bəlli olub. 

Offsideplus.az xəbər verir ki, danimarkalı futbolçu karyerasını Almandiyada davam etdirəcək. O, "Volfsburq" klubu ilə anlaşıb. Tərəflər razılığa gəlib və Eriksen yeni komandasında tibbi müayinədən keçəcək.

Qeyd edək ki, 33 yaşlı yarımmüdafiəçi 2022-2025-ci illərdə "qırmızı şeytanlar"ın formasını geyinib.