İsrail Hərbi Hava Qüvvələri bu gün Yəmənin paytaxtı Səna və şimaldakı Əl‑Cəvf bölgəsində Husi üsyançılarının hərbi obyektlərinə qarşı hava zərbələri endirib.Bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, zərbələr Husi hərbi düşərgələri, hərbi informasiya idarəsinin qərargahı və yanacaq anbarını hədəf alıb. Bu əməliyyatlar, xüsusilə İsrailə qarşı göndərilən pilotsuz uçuş aparatları və raket zərbələrinə cavab olaraq həyata keçirilib.