AZ

Şkrinyar “Milan”a keçid ehtimalına münasibət bildirib

“Fənərbağça”nın mərkəz müdafiəçisi Milan Şkrinyar İtaliyanın “Milan” klubuna mümkün transferi ilə bağlı açıqlama verib.

90deqiqe.Az-ın “MilanNews”a istinadən yaydığı məlumata görə, slovakiyalı futbolçu bildirib ki, indiyə qədər “rossoneri” ilə heç bir əlaqəsi olmayıb:

“Milan”la heç vaxt danışmamışam, klubla heç bir təmasım olmayıb. Menecerim də maraqdan xəbərsizdir. Amma futbolda heç nəyi istisna etmək olmaz. “Heç vaxt, heç vaxt demə”. Nə baş verəcəyini görəcəyik”

Qeyd edək ki, 30 yaşlı müdafiəçi 2017–2023-cü illərdə “İnter”in formasını geyinib. Daha sonra o, azad agent kimi PSJ-yə keçib. 2024-cü ilin yayında isə “Fənərbaxça” slovakiyalı futbolçunun transfer hüquqlarını Paris klubundan 6 milyon avroya əldə edib.

Seçilən
31
90deqiqe.az

1Mənbələr