AZ

Maskı taxtdan saldı - İndi dünyanın ən varlı adamı odur

Proqram təminatı istehsalçısı "Oracle"ın qurucusu Larri Ellison planetin ən varlı adamları siyahısında ilk dəfə olaraq adını zirvəyə yazdırıb.

Publika.az "Bloomberg"ə istinadən xəbər verir ki, o, amerikalı milyarder İlon Maskı keçərək siyahıya başçılıq etməyə başlayıb.

Agentliyin məlumatına görə, Ellison buna şirkətin birjadakı səhmlərinin dəyərinin 40% artması sayəsində nail olub.

"Bloomberg Billionaires Index" hesablamaları göstərir ki, Ellisonun sərvəti 393 milyard dollardır. Onun sərvəti son bir gündə 101 milyard dollar artıb.

Maskın sərvəti isə 385 milyard dollar təşkil edir.

Qeyd edək ki, "Oracle" şirkəti 1977-ci ildə təsis edilib.

Seçilən
0
17
publika.az

10Mənbələr