BAKI, 10 sentyabr. TELEQRAF
"Geriyə baxanda deməliyəm ki, ATƏT-in Minsk qrupunun fəaliyyətində faydalı heç nə görmürəm".
Teleqraf xəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan deyib.
O bildirib ki, qrupun fəaliyyəti münaqişəni daha da dərinləşdirmək və nəinki Ermənistanı, bütün regionu nəzarətdə saxlamaqdan ibarət olub: "Bu gün Ermənistan həmişəkindən daha müstəqildir".