AZ

“Gənc futbolçular çox tez böyük pullar qazanırlar”

Argentina millisinin və PSJ-nin sabiq futbolçusu Xavyer Pastore müasir futbol haqda fikirlərini bölüşüb.

90deqiqe.Az-ın məlumatına görə, "L’Equipe" futbolçunun dediklərini belə çatdırıb. 

“Futbolçular çox gənc yaşda həddindən artıq pul qazanırlar. Əgər 18 yaşında ildə 10 milyon avro maaş alırsansa, necə ehtirası birinci yerə qoya bilərsən? Bu qədər qazanc əldə etdikdə insanlar sənin ətrafına toplaşır, investisiya, minlərlə başqa mövzulardan danışırlar, amma futboldan yox”

O, həmçinin hazırkı gənc futbolçuların məşqlərini də dəyərləndirib:

“Mən görürəm ki, oğlumun məşqçiləri futbolçulara 1–2 toxunuşla oynamağı öyrədirlər. Amma bu, 1-ə 2 və ya 3-ə 3 oyunlarda işləmir. Futbolçular driblinqi öyrənməli və səhv etmə azadlığına sahib olmalıdırlar. Məsələn, Blank və ya Ançelotti bizdən müəyyən şəkildə müdafiə olunmağı tələb edirdilər, amma hücumda bizə azadlıq verirdilər. Bu günlərdə bunu görmək çox çətindir”.

Qeyd edək ki, hazırda Xavyer Pastore idman direktoru ixtisası üzrə təhsil alır.

Seçilən
61
90deqiqe.az

1Mənbələr