AZ

Rusiya və İran Rəşt-Astaranı müzakirə edib

Rusiyanın nəqliyyat naziri Andrey Nikitin İranın yollar və şəhərsalma nazirinin müavini Xuştanq Bazvənd ilə İranda Rəşt-Astara dəmir yolu tikintisi layihəsinin icrası ilə bağlı işçi görüş keçirib. Musavat.com xəbər verir ki, məlumat Rusiya Nəqliyyat Nazirliyinin saytında yerləşdirilib.

Məlumata görə, görüş zamanı hər iki tərəf layihənin uğurla həyata keçirilməsi üçün gələcək əməkdaşlığa, təcrübə mübadiləsinə və fəaliyyətlərin əlaqələndirilməsinə hazır olduqlarını təsdiqləyiblər:  "Bu layihə ölkələrimiz arasında nəqliyyat əməkdaşlığının əsas elementlərindən biridir və "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin işinin mühüm hissəsidir. Layihənin icrasına həm Rusiyada, həm də İranda ən yüksək səviyyədə nəzarət edilir”.

Qeyd edək ki, may ayında Rusiya və İran Rəşt-Astara dəmir yolu xəttinin tikintisi ilə bağlı tədqiqat işlərinə başlayıb. Xətt “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin (BTC) bir hissəsi olacaq.

Musavat.com

Seçilən
37
musavat.com

1Mənbələr