Nepalda 13,572 məhbus həbsxanalardan qaçıb
Publika.az xəbər verir ki, bu barədə Nepal polisinin sözçüsü, baş müfəttiş Binoda Qimiraya istinadən “Khabarhub” məlumat yayıb.
Bildirilib ki, məhbuslar Z nəslinin nümayəndələrinin etirazları zamanı yaranan xaos səbəbilə qaça biliblər.
Qeyd edək ki, Nepal hakimiyyəti bu yaxınlarda ölkədə bir çox sosial media platformalarına qadağa qoyulduğunu elan edib, bundan sonra Katmandu və digər böyük şəhərlərin xüsusilə də gənc sakinləri etiraz aksiyalarına başlayıb. Etirazların ardınca polislə toqquşma olub, nəticədə 19 nümayişçi həlak olub, 500-dən çox insan yaralanıb.