AZ

“ATƏT-in Minsk qrupunun fəaliyyəti münaqişənin dərinləşməsinə yönəlmişdi” – Paşinyan


“ATƏT-in Minsk qrupunun fəaliyyəti Ermənistanı və regionu nəzarətdə saxlamaq üçün Qarabağ münaqişəsini dərinləşdirməyə yönəlmişdi”.
Yeniavaz.com
xəbər verir ki, bunu cümə axşamı Ermənistanın Baş naziri Nikol Paşinyan hökumət saatında deyib.
“Mən Minsk qrupunun fəaliyyətində faydalı heç nə görmürəm, orada belə bir şey olmayıb. Bu fəaliyyət münaqişəni dərinləşdirməyə, onu təkcə Ermənistanı deyil, bütün regionu nəzarətdə saxlamaq alətinə çevirməyə yönəlib”, - Paşinyan bildirib.
Onun sözlərinə görə, Qarabağ məsələsi çoxdan həll olunmuşdu, lakin məsələ Ermənistanın özündə olduğundan İrəvana bu barədə məlumat verilmirdi:
“Ermənistan məsələsinin "həlli" nəticəsində bu, bizim ərazi bütövlüyümüzün pozulmasına, suverenliyinin və müstəqilliyinin itirilməsinə gətirib çıxaracadı. ATƏT-in Minsk Qrupu formatında bütün danışıqlar bu barədə olub - asılılığımızın dərəcəsi iki, üç, on dəfə artsın”.
Seçilən
6
yeniavaz.com

1Mənbələr