Xəbər verdiyimiz kimi, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti İcbari Tibbi Sığorta Agentliyində və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) maliyyə yoxlamaları aparır.
Teleqraf-a daxil olan məlumata görə, Maliyyə Nazirliyinin əməkdaşları qurumun sifarişi ilə həyata keçirilən satınalmalarda ciddi nöqsanlar askarlayıblar.
Məlum olub ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi vətəndaşlar tərəfindən müayinə və müalicə üçün birbaşa müraciət olunduğu və müvafiq göndəriş verilmədiyi halda 14 özəl tibb müəssisəsinə 2023-2024-cü illərdə cəmi 4 milyon 273,6 min manat vəsait ödəyib.
Dövlət proqramları çərçivəsində dərman vasitələri Tarif Şurası ilə müəyyən edilmiş qiymətlərdən baha alınıb. Milyonlarla tibbi təchizat kagız üzərində əksini tapsa da, təmin edilməyib.Nazirliyin əməkdaşları gecə saatlarına qədər Agentlikdə və TƏBİB-ə daxil olan tibbi müəsissələrdə maliyyə hesabatlarını təşviq edirlər.
Məlumata görə, yoxlamaların nəticəsi olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə birləşdirilməsi gündəmə gəlib.