AZ

"Aygün Kazımova məni təhqir etmədi, onun qədrini bilməliyik"

Xalq artisti Aygün Kazımovanın səhnədə müğənni Eldəniz Məmmədovla dialoqu izləyicilər arasında müzakirələrə səbəb olub. Bir çoxları Aygün Kazımovanın davranışını bəyənməyib.

Ölkə.Az xəbər verir ki, Manset.az məsələ ilə bağlı Eldəniz Məmmədovla əlaqə saxlayıb. O bildirib ki, Aygün Kazımova onu təhqir etməyib:

“Aygün xanım bizim dəyərli sənətkarımızdır. Orada deyirdim ki, bəy ilə gəlini səhnəyə dəvət etsin. Bəy, mənim dostumun oğludur. O da, deyəsən, hər şey vaxtla idi. Buna görə insident yarandı. Orada heç bir problem yoxdur. Aygün xanım bizim divamızdır və ona böyük hörmətim var”.

O əlavə edib ki, Aygün Kazımova onu tənqid və ya təhqir etməyib:

“Sadəcə deyib ki, mən danışıram. Ola bilər, mən də səhv etdim. Mənim səhnədə nə işim var idi ki? Gərək deməzdim onu. Onun məclislərində də olmuşam. Efirində də, ad günündə də olmuşam. Bizim bir Röyamız, Aygünümüz, Brilliantımız var. Onların qədrini bilməliyik. Onlar estrada müğənniləridir. Mən də öz sahəmdə 30-35 ildir musiqimizin qorunub saxlanmasına xidmət edirəm".

Seçilən
5
paralel.az

1Mənbələr