Nepal ordusu qərargahının qarşısındakı etirazçılardan sentyabrın 11-də nümayəndə seçmələrini, onun adını və telefon nömrəsini vermələrini xahiş edib.
Busaat.az xəbər verir ki, ordu təmsilçi ilə ölkənin yeni lideri məsələsini müzakirə edəcəyini bildirir.
Nepal hakimiyyəti bu yaxınlarda ölkədə bir çox sosial media platformalarına qadağa qoyulduğunu elan edib. Bundan sonra Katmandu və digər böyük şəhərlərin sakinləri etiraz aksiyaları keçiriblər. Etirazların ardınca polislə toqquşma olub.
Daha sonra qadağa aradan qaldırılıb və Nepalın baş naziri Şarma Oli istefa verib.
Yeganə