AZ

"Qərbin cavabı, Putini qorxutmaq üçün kifayət deyil"

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

Qərbin cavabı, Polşaya dron göndərmiş Putini qorxutmaq üçün kifayət deyil, BBC Monitorinqdən Vitali Şevçenko yazır.

Ukraynaya genişmiqyaslı hava hücumları etmiş Rusiyanın 19 dronu Polşa ərazisinə daxil olub.

Polşa həmin dronlardan dördünü vurdiuğunu bildirib.

Bu, Nato qüevvələrinin Rusiya ilə ilk birbaşa qarşıdurması kimi qiymətləndirilir.

Şevçenko yazır ki, bu hadisə bir daha Qərbin bu cür vəziyyətlərdə siyasiətinin iflasa uğradığını nümayiş etdirdi.

"İllərdir ki, Qərb Rusiyanın Ukraynaya hücumuna sərt cavab verməkdən yayınıb, qorxub ki, birdən Moskvanı daha aqressiv və zorakı addımlar atmağa təhrik etmiş olar", Şevçenko yazır.

Bu qorxu Ukraynanın daha yaxşı silahlanmasına mane olub, Putin isə ölkənin bütün iqtisadiyyatını müharibəyə yönəldib, hətta Şimali Koreyanı da bu müharibəyə cılb etməyi bacarıb, Rusiyanı yaxından izləyən jurnalist inanır.

"Qərbin indiyə qədər nümayiş etdirdiyi cavab, Polşaya dronlar göndərən Putinin qorxuya salmaq üçün kifayət deyil".

Rusiya dronlarının Polşa əraz`isinə daxil olmasından sonra Nato-nun hava müdafiə sistemi, o cümlədən Hollandiya F-35 qırıcıları yüksək hazırılıq vəziyyətinə gətirilib.

Videoya YouTube kanalımızda baxın.

Seçilən
81
bbc.com

1Mənbələr