AZ

Təcavüzkarın dilini dişləyən qadın 61 ildən sonra bəraət aldı

Qaynarinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Cənubi Koreyanın Pusan şəhər məhkəməsi 78 yaşlı Çxve Mal-ja adlı qadına bəraət verib.

Qaynarinfo "The Korea Times"a istinadən xəbər verir ki, qadın 1964-cü ildə ona təcavüz etməyə çalışan kişiyə müqavimət göstərərək onun dilini dişləyərək bir hissəsini qoparıb. Məhkəmə qadının hərəkətlərini özünümüdafiə kimi qiymətləndirib və işi bağlayıb. Bu hadisə illərdir ölkədə qadınların ədalət uğrunda mübarizəsinin simvoluna çevrilmişdi.

Hadisə 1964-cü ilin 6 mayında Cənubi Kyonqsan əyalətinin Kimhe şəhərində baş verib. 18 yaşlı Çxve evinin yaxınlığında 21 yaşlı gəncin hücumuna məruz qalıb. Hücum edən şəxs qızı yerə yıxaraq ağzına dilini soxub, qız isə müqavimət göstərərək onun dilindən təxminən 1,5 sm-lik hissəni dişləyib və qaçmağa nail olub.

Əvvəlcə polis hadisəni özünümüdafiə kimi qiymətləndirib. Lakin daha sonra prokurorluq təcavüzkarı təqsirsiz hesab edərək ona qarşı "qanunsuz əraziyə daxil olma” maddəsi ilə yüngül ittiham irəli sürüb. Hücumçu cəmi 6 ay şərti cəza alıb. Çxve isə "ağır bədən xəsarəti yetirmə”də ittiham olunaraq 10 ay müddətinə azadlıqdan məhrum edilib.

2020-ci ildə qadın ictimai təşkilatların dəstəyi ilə hökmün yenidən nəzərdən keçirilməsi üçün müraciət edib. 2023-cü ildə Ali Məhkəmə işi yenidən araşdırmaq barədə qərar verib və ilkin istintaqda qanunsuz metodların tətbiq oluna biləcəyini etiraf edib. Təkrar məhkəmə prosesində prokurorlar açıq şəkildə Çxve Mal-jadan üzr istəyiblər.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
12
qaynarinfo.az

1Mənbələr