Yevlaxda yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, hadisəaxşam saatlarında Hürüuşağı kəndi yaxınlığından keçən avtomagistralda baş verib. Sürücü 1985-ci il təvəllüdlüİlham Süleymanovun idarə etdiyi "İnfinti" markalı avtomobil idararəetmədən çıxaraq yol kənarındakı su arxına düşüb.
Qəza zamanı müxtəlif bədən xəsarətlərialan sürücü, həmçinin sərnişinlər 1981-ci il təvəllüdlü Nahid Həsənov, 1976-cı il təvəllüdlü Səyavuş Səfərovvə1978-cu il təvəllüdlü Xalis Ələkbərov xəstəxanaya çatdırılıblar.
Qeyd edək ki, qəzaya düşən şəxslər Salahlı kəndindən toy məclisindən qayıdırlarmış.
Faktla bağlı araşdırma başlanıb.