Gəncə şəhərində velosipetdən yıxılan 8 yaşlı uşaq vəfat edib.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, 2017-ci il təvəllüdlü A.Abbasova ağır vəziyyətdə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə gətirilib.
Həkimlərin səyinə baxmayaraq, uşaq xəstəxanada vəfat edib. İlkin məlumata görə, hadisə ehtiyatsızlıqdan baş verib.
Faktla bağlı araşdırma aparılır.