AZ

Paşinyan: ATƏT-in Minsk qrupu heç vaxt faydalı olmayıb

ATƏT-in Minsk qrupunun fəaliyyəti Qarabağ münaqişəsinin həllinə deyil, onun dərinləşməsinə xidmət edib.

Paralel.az APA-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

Onun sözlərinə görə, Qarabağ məsələsi artıq çoxdan həll olunmuşdu, lakin bu barədə İrəvana məlumat verilmirdi.

"Əslində söhbət Ermənistanın özündən gedirdi. Çünki bu məsələ Ermənistanın ərazi bütövlüyünün parçalanmasına, suverenlik və müstəqilliyin itirilməsinə gətirib çıxaracaqdı. Minsk qrupundakı bütün danışıqlar da bunun üzərində qurulmuşdu. Bizim asılılıqlarımızın ikiqat, üçqat, onqat artırılması üçün”, - Baş nazir vurğulayıb.

Seçilən
19
14
paralel.az

10Mənbələr