Turin “Yuventus”unun və “Ferrari”nin direktorlar şurasının sədri və ən böyük səhmdarı Con Elkann vergidən yayınmaqda təqsirli bilinib.
Publika.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
2019-cu ildə Elkanna qardaşı və bacısı ilə birlikdə nənələrindən 800 milyon avroya yaxın miras alıb, amma var-dövləti bəyan etməyib. İndi o, günahını etiraf edərək İtaliya vergi orqanları ilə müqavilə bağlayıb.
49 yaşlı Elkann 183 milyon avro cərimə ödəyəcək və eyni zamanda bir il ictimai işlərdə də çalışacaq. İş adamı qocalar evində işləmək və ya küçə təmizləmək arasında seçim edə biləcək.