AZ

Kosmosda ulduz yeyən sirli obyekt aşkarlandı

Astronomlar ilk dəfə ulduz yeyən ağ cırtdan ulduzu - Yerdən cəmi 10 000 işıq ili uzaqlıqda yerləşən V Sagittae obyektini kəşf ediblər. Məlum olub ki, super sıx ağ cırtdan öz böyük qonşusundan sözün əsl mənasında “həyat yeyir” və materiyasını rekord sürətlə udur. 

HİT.az xəbər verir ki, tədqiqat "Monhly Notices of the Royal Astronomical Society" (MNRAS) jurnalında dərc olunub.

Alimlər müəyyən ediblər ki, ikili sistem hər 12,3 saatdan bir fırlanır və tədricən yaxınlaşır. Bu qarşılıqlı əlaqə astronomların Çilidəki Avropa Cənub Rəsədxanasının Çox Böyük Teleskopundan istifadə edərək müşahidə etdikləri göz qamaşdıran parıltı ilə müşayiət olunur.

"V Sagittae sıradan bir sistem deyil, onun qeyri-adi parlaqlığı 1902-ci ildən elm adamlarını çaşdırır. Araşdırmamız göstərir ki, bu, ağ cırtdanın öz yoldaşı ulduzdan maddəni udması və onun səthindəki termonüvə prosesləri üçün yanacağa çevirməsi nəticəsində yaranıb", deyə Sautqempton Universitetinin professoru Fil Çarlz izah edib.

Bundan əlavə, tədqiqatçılar hər iki ulduzu əhatə edən qaz halqasını aşkar ediblər. Ağ cırtdanın "həzm etməyə" vaxtı olmadığı artıq materialdan meydana gəlib.

"Bu parlaq qaz halqası sistemin ömrünün son mərhələlərini keçdiyini və fəlakətli sona doğru getdiyini göstərir", deyə tədqiqatın rəhbəri, Turku Universitetindən Dr Pasi Hakala bildirib.

"Instituto de Astrofísica de Canarias"dan Dr Pablo Rodriguez-Gil-in dediyinə görə, ağ cırtdanın səthində maddənin yığılması yeni alovlanmaya səbəb ola bilər - müvəqqəti parlaqlıq partlaması V Sagittae-ni adi gözlə görünəcək. Bununla belə, son mərhələ daha dramatik olacaq: ulduzların toqquşması və sonrakı fövqəlnova o qədər parlayacaq ki, onlar hətta gündüzlər də Yerdən görünəcək.

Samir
 

Seçilən
0
hit.az

1Mənbələr