AZ

“11 qol buraxmaq heç vaxt başıma gəlməmişdi”

Moldova millisinin qapıçısı Krisitan Avram 2026-cı il dünya çempionatının Avropa seçmə mərhələsi çərçivəsində Norveç millisinə qarşı keçirilmiş oyundan sonra açıqlama verib. 

90deqiqe.Az-ın məlumatına görə, "TV2" qolkiperin fikirlərini belə çatdırıb.

“Salam, mən Moldova millisinin qapıçısıyam və bu oyunda 11 qol buraxdım. Erlinq Haalandla danışdım. O dedi ki, bunda onun günahı yoxdur və fərqi artırmaq üçün qol vurmağa davam edirdi. Mən onu anlayıram. Bu, oyunun bir hissəsidir. O mübarizəni davam etdirmək istəyirdi.

11 qol buraxmaq? Bu zarafatdır? Təbii ki, ilk dəfədir (gülür).

Nə hiss edirəm? Mənə baxın, nə deyim? Ölməyəcəm. Güclü qalmaq lazımdır. Bir neçə gün sonra növbəti oyunum var. Amma 11 qol – bu çoxdur”

Qeyd edək ki, həmin matçda Norveç 11:1 hesabı ilə qələbə qazanıb və Erlinq Haaland penta-trik etməyi bacarıb.

Seçilən
49
90deqiqe.az

1Mənbələr