Azxeber.com saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Aparıcı-prodüser Tarix Əliyev (Tolik) Heydər Əliyev Beynəlxalq Hava Limanında tətbiq vasitəsilə taksi sifarişinə qoyulan qadağaya etiraz edib.
AZXEBER.COM-un məlumatına görə, Tolik bu barədə "Instagram” hesabında video paylaşaraq bildirib:
"Əvvəllər hava limanında maşın saxlamaq 5 manat idi, indi isə 15 manat olub. Hər dəfə kimisə çağırmaq olmur ki, gecə gəl məni götür. London taksisi 20 manatlıq yolu 40 manata aparır. Hər kəs də 10 manatlıq yola görə ekspress avtobusa minə bilməz, çünki insanların çamadanı, baqajı olur.
Hamı məcburdur London taksisindən istifadə etsin? Yaşlı insanlar üçün də rahat deyil, içərisində oturmaq çətindir. Cəmi 4 nəfər yerləşir, 6 nəfər olsa iki taksi sifariş verməlidir.
Yenə də özəl bir qurumun qəbul etdiyi qərar on minlərlə taksi sürücüsünün və kasıb ailələrin narazılığına səbəb olacaq”.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.