Paytaxtın Nizami rayonu, Kamil Balakişiyev küçəsi, 59-da onlarla ailənin yaşadığı binanın ümumi elektrik lövhəsində partlayış, ardınca yanğın baş verib.
Xezerxeber.az-ın məlumatına görə, sakinlər deyirlər ki, səhər saatlarında binanın giriş hissəsindəki elektrik lövhəsində partlayış səsləri eşidilib. Daha sonra ərazini tüstü bürüyüb.
Sakinlərin sözlərinə görə, məsələ ilə bağlı dəfələrlə aidiyyəti quruma da müraciət ediblər.
Məsələ ilə bağlı "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinə müraciət etdik. Dərhal sonra qurumun işçiləri əraziyə cəlb olundu və partlayış baş verən binanın elektrik lövhəsi tamamilə dəyişdirilərək yeniləndi.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.