AZ

Macarıstan XİN: Aİ sanksiyaları Avropaya Belarus və Rusiyadan daha çox zərər vurub

Avropa İttifaqının sanksiyaları Belarus və Rusiyadan daha çox Avropanın özünə və iqtisadiyyatına zərər vurub.

Operativ Media xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto Belarusun “İlk məlumat” telekanalına müsahibəsində bildirib.

“Macarıstanın sanksiyalar və onların təsiri ilə bağlı aydın mövqeyi var. Biz artıq Aİ-də 18 sanksiya paketi qəbul etmişik. Onlar Avropaya və Avropa iqtisadiyyatına Belarus və Rusiyadan daha çox zərər vurub. Bu, açıq-aydın görünür”, – deyə o, bildirib.

Nazirin sözlərinə görə, hətta Avropadakı həmkarları – digər nazirlər arasında belə bir fikir mövcuddur ki, sanksiyalar nəzərdə tutulduğu kimi nəticə vermir.

“Gəlin açıq danışaq. Bizim mövqeyimiz sadədir: əgər nəyisə 18 dəfə sınayırsınız və nəticə əldə etmirsinizsə, bəlkə də bunu dayandırmalısınız. Amma avropalı həmkarlarımız əmindirlər ki, biz eyni addımı 19-cu dəfə atsaq, nədənsə bu dəfə işə yarayacaq”, – Siyarto Avropa sanksiya paketləri barədə danışarkən qeyd edib.

Seçilən
0
operativmedia.az

1Mənbələr