Ölkəmizin U-21 yığması dünən evdə bolqarıstanlı həmyaşıdları ilə heç-heçə etdi – 1:1.
Elnur Çodarovun rəhbərliyi altında meydana çıxan komanda ilk hissənin sonlarında məcburi dəyişiklik etməli olub. Belə ki, “Sumqayıt”ın futbolçusu Ayxan Süleymanlı dizinin arxa nahiyəsindən zədələnərək meydanı gözyaşı ilə tərk edib.
Gənc futbolçunun zədəsinin ciddilik dərəcəsini öyrənmək üçün AFFA-nın mətbuat xidməti ilə əlaqə saxladıq. Bəlli oldu ki, futbolçu bu gün MRT-dən keçəcək, sabah gün ərzində diaqnozu bilinəcək.
MÜZƏFFƏR QULUZAD
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta