AZ

Paşinyan: Rusiya və İranın Zəngəzur dəhlizi narahatlığı

ain.az, Bakupost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu mövzular Rusiya və İranla həm telefon danışıqlarında, həm də yüksək səviyyəli görüşlərdə müzakirə olunub.

Bakupost.az xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan bu gün parlamentdə keçirilən hökumət saatında Azərbaycanla Ağ Evdə imzalanan bəyannamə ilə bağlı Rusiya və İranın narahatlıqları haqda danışarkən bildirib.

“Mən həm telefon danışığında, həm Rusiya prezidenti ilə, həm də İran prezidenti ilə görüşdə münasibətlərimizin dərinləşməsi üçün açılan imkanlardan danışdım”, - baş nazir deyib.

O vurğulayıb ki, narahatlıqlar beynəlxalq münasibətlərin tərkib hissəsidir:

“İndi narahatlıq varmı? Təbii ki, var. 8 avqusta qədər də narahatlıq var idimi? Təbii ki, var idi. O narahatlıqlar həmişə olacaq, bu, təbii prosesdir".

Paşinyanın fikrincə, siyasət və diplomatiya bundan ibarətdir:

“Tərəflər öz narahatlıqlarını bölüşür və bu narahatlıqları idarə etmək və həll etmək üçün necə əməkdaşlıq edə biləcəklərini nəzərdən keçirməyə başlayırlar. Bu, beynəlxalq münasibətlərin bütün məntiqidir və dialoq da bunun üçündür”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
www.bakupost.az

1Mənbələr