Bir qrup naməlum şəxs Polşanın baş naziri Donald Tuskun həyat yoldaşı Malqorzataya məxsus şəxsi "Lexus" avtomobilini oğurlayıb.
Publika.az xəbər verir ki, bu barədə Polşanın "TVN24 "telekanalı yerli polisə istinadən məlumat yayıb.
“Bizə müraciət daxil olub, Qdansk şəhərinin polis idarəsinin əməkdaşları bu hadisə üzərində işləyirlər”, - deyə bildirilib.
Sopot şəhərində baş verən hadisənin təfərrüatları açıqlanmayıb.
Donald Tuskun ailəsi yüksək vəzifəli məmurların evlərinin yerləşdiyi və onların ailələrinin xüsusi mühafizə altında olduğu Sopotda yaşayır. Xüsusi mühafizə Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həyata keçirilir.