AZ

“Qəbələ” Kamerun millisinin sabiq üzvünü transfer etdi

“Qəbələ” heyətini yeni futbolçu ilə gücləndirib.

Klubdan Teleqraf-a verilən məlumata görə, “qırmızı-qaralar” Jando Füşü transfer edib.

27 yaşlı müdafiəçi ilə imzalanan müqavilə barədə məlumat verilmir.

Qeyd edək ki, Jando Füş son olaraq İsrailin “Bney Sahnin” klubunda çıxış edib. O, karyerası ərzində Fransada “Soşo”, İspaniyada “Alaves”, İsraildə “Makkabi Hayfa”, eləcə də Şotlandiyanın “Dandi Yunayted” komandalarında da oynayıb. Füş Kamerun millisinin heyətində 2 oyun keçirib.

Seçilən
13
teleqraf.com

1Mənbələr