AZ

Etirazçılar magistral yolları bağlayıblar, onlarla saxlanılan var

ain.az, Avtosfer portalına istinadən məlumat verir.

Fransada bu gün "Hər şeyi blokla" adlı yeni hərəkatın iştirakçıları ölkə boyunca magistral yollarda hərəkəti dayandıraraq kütləvi etiraz aksiyaları keçiriblər. Avtosfer.az-ın məlumatına görə, bu barədə "Report" yerli KİV-ə istinadən xəbər verir. Ölkənin Daxili İşlər Nazirliyinin məlumatına əsasən, Fransanın müxtəlif bölgələrində, o cümlədən Parisdə 75 nəfər olmaqla onlarla insan saxlanılıb. Daxili işlər naziri Bruno Retayo bildirib ki, asayişin təmin edilməsi üçün təhlükəsizlik qüvvələrinin 80 min əməkdaşı cəlb edilib. Fransa KİV-i etirazlarda 100 minə qədər insanın iştirak edə biləcəyini yazır. Etirazlar siyasi böhran fonunda keçirilir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
23
1
avtosfer.az

2Mənbələr