AZ

İcbari Tibbi Sığorta Agentliyi ƏƏSMN-ya birləşdirilir?

Xəbər verdiyimiz kimi, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti İcbari Tibbi Sığorta Agentliyində və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) maliyyə yoxlamaları aparır.

Publika.az bildirir ki, Teleqraf-a daxil olan məlumata görə, Maliyyə Nazirliyinin əməkdaşları qurumun sifarişi ilə həyata keçirilən satınalmalarda ciddi nöqsanlar aşkarlayıblar.

Məlum olub ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi vətəndaşlar tərəfindən müayinə və müalicə üçün birbaşa müraciət olunduğu və müvafiq göndəriş verilmədiyi halda 14 özəl tibb müəssisəsinə 2023-2024-cü illərdə cəmi 4 milyon 273,6 min manat vəsait ödəyib.

Dövlət proqramları çərçivəsində dərman vasitələri Tarif Şurası ilə müəyyən edilmiş qiymətlərdən baha alınıb. Milyonlarla tibbi təchizat kağız üzərində əksini tapsa da, təmin edilməyib. 2 milyon manat xərcin mənbəyi aşkarlanmayıb. Nazirliyin əməkdaşları gecə saatlarına qədər Agentlikdə və TƏBİB-ə daxil olan tibbi müəssisələrdə maliyyə hesabatlarını təşviq edirlər.

Seçilən
3
5
publika.az

6Mənbələr