AZ

Fransa millisinin sabiq qapıçısı karyerasını bitirdi

Fransa millisinin sabiq qapıçısı və 2018-ci il Dünya Çempionu Stiv Mandanda 40 yaşında karyerasını bitirdiyini açıqlayıb.

Ucnoqta.az xəbər verir ki, Mandanda L'Equipe-ə açıqlamasında "Bu qərarı vermək üçün vaxta ehtiyacım var idi. Bu, asan deyil, amma bəli, bitirirəm. Çoxlu təkliflərim oldu, amma hər dəfə imtina etdim" dedi.

Qapıçının son klubu 2022-ci ildən çıxış etdiyi "Renn" olub. Ötən mövsümün sonunda Mandandanın müqaviləsi başa çatıb.

Mandanda həmçinin “Havr”, “Marsel” və İngiltərənin “Kristal Pelas” klublarında da çıxış edib. Qapıçı oynadığı matçların sayına (613) görə Marselin rekordçusudur.

Mandanda Fransa millisinin heyətində 35 oyun keçirib, DÇ-2018-də qızıl, 2022-ci ildə DÇ-də və Avro-2016-da gümüş qazanıb.

Seçilən
6
ucnoqta.az

1Mənbələr