AZ

Yerə bənzəyən ekzoplanet kəşf edildi

Elm adamları Yerə bənzər xüsusiyyətlərə malik yeni ekzoplanet kəşf ediblər. Metbuat.az xəbər verir ki, “James Webb” kosmik teleskopu ilə aparılan müşahidələr TRAPPIST-1e-nin yaşayış üçün əlverişli atmosferə malik ola biləcəyini ortaya qoyub. Məlumata görə, 2016-cı ildə kəşf edilən TRAPPIST-1 sistemi Yer ölçüsündə yeddi qayalı planetə ev sahibliyi edir. Bildirilir ki, bu planetlərin səthində maye suyun olması ehtimalı irəli sürülüb. Bununla belə, yaşayış üçün əlverişli olub-olmadığı hələlik məlum deyil.

Kəşf edilən yeni məlumatlar TRAPPIST-1e-nin Venera və ya Mars kimi sıx karbon dioksid atmosferinə malik olmadığını, əksinə Yerdəki kimi azotun üstünlük təşkil etdiyi atmosferə malik ola biləcəyini ortaya qoyub. Bu, təsdiqini taparsan TRAPPIST-1e indiyədək kəşf edilmiş Yerə ən oxşar ekzoplanet ola bilər.

Seçilən
42
1
metbuat.az

2Mənbələr