AZ

Fransada etiraz aksiyalarında 13 polis əməkdaşı xəsarət alıb

Bakı. Trend:

Fransada “Hər şeyi bloklayaq” şüarı ilə keçirilən genişmiqyaslıetiraz aksiyasında yüz minlərlə insan küçələrə axışıb.

Trend FransanınDaxili İşlər Nazirliyinə istinadən bildirir ki, aksiyalarda 175 minnəfər iştirak edib. CGT həmkarlar ittifaqı isə bu rəqəmin 250 minolduğunu bildirir.

Ölkədə milli səviyyədə 812 aksiya, 550 yürüş və mitinqkeçirilib, 262 yolda hərəkət məhdudlaşdırılıb. Polis 473 nəfərisaxlayıb. Etiraz aksiyalarında 13 polis əməkdaşı xəsarət alıb.

Aksiyaya 80 min polis və jandarm səfərbər edilib. Bundan əlavə30-a yaxın helikopter, dronlar, su şırnağı maşınları və zirehlinəqliyyat vasitələrindən də istifadə olunub.

“Hər şeyi bloklayaq” hərəkatı Fransada sosial narazılığın yenidalğası olaraq qiymətləndirilir. Etirazlarda iştirakla bağlı rəsmivə qeyri-rəsmi rəqəmlər arasında ciddi fərqlər olsa da, ictimainarazılığın güclü olduğu aydın şəkildə görünür. CGT 18 sentyabrayeni aksiyaya təyin edib.

Seçilən
0
az.trend.az

1Mənbələr