AZ

"Şəfa" ilk dəfə bu invertarlardan istifadə etdi -AÇIQLAMA

1-сi Liqa təmsilçisi "Şəfa" peşəkarlaşmaq yönündə daha bir addım atıb. 

Fanat.Az-ın məlumatına görə, komandaya müasir invertarlar - "katapultlar" verilib.

Bakı təmsilçisinin baş məşqçisi Elgiz Kərəmli dünənki məşqdə "katapultlar"dan istifadəyə başladıqlarını bildirib: "İlk dəfə dünənki məşqdə bu invertarların verdiyi üstünlüklərdən faydalana bildik. Bütün peşəkar komandaların müasir futbol standartlarına tərəf can atması vacibdir. Təbii ki, məşqlərimizin keyfiyyətini artırmaq, inkişaf etmək istəyirik".

Nihat

Seçilən
9
fanat.az

1Mənbələr