AZ

Məşhur tennisçi ölkəsini dəyişib

24-qat "Böyük Dəbilqə" çempionu, dünyanın dördüncü raketkası, serb tennisçi Novak Cokoviç birdəfəlik Yunanıstana köçüb.

İdman.biz bildirir ki, bu barədə Tennis News portalı məlumat yayıb.

Cokoviç Afinanın cənub ətraflarında yerləşən Qlifadada ev kirayələyib. Övladları isə artıq ingilisdilli özəl məktəbə yazılıb. Sentyabrın 9-da Novak Afinadakı tennis klublarından birində böyük oğlu Stefanla məşq etdiyi yerdə görüntülənib.

Cokoviç və ailəsinin Yunanıstana gedəcəyi ilə bağlı xəbərlər 2025-ci ilin yayında yayılıb. Novakın bu ölkədə yaşamaq icazəsi aldığı bildirilir.

"US Open 2025"dən sonra Novak Cokoviç bildirib ki, bu mövsüm Afinada noyabrın 2-dən 9-dək keçiriləcək turnirdə mütləq oynayacaq.

İdman.biz

Seçilən
2
1
idman.biz

2Mənbələr