AZ

Nişanlanan məşhurlar yenə ayrıldı — FOTO

Son aylarda ayrılıb barışan Rabia Soytürk və memar sevgilisi Səməd Vuruşanın yenidən ayrıldığı bildirilib.

KONKRET.az xəbər verir ki, uzun müddətdir görüşən və evlilik hazırlığı ilə bağlı xəbərləri yayılan cütlüyün yollarını ayırdığı xəbəri yayılıb.

Soytürk daha əvvəl evliliklə bağlı “Hər şey yaxşı gedir, karyera hədəflərimiz uğura yönəlib. Mənim də başqa hədəflərim var. Təbii ki, üzüklər dəyişdirilib. Bu söz və ya nişan deyildi, ancaq bir təklif idi” demişdi.

Ayrılıq şayiələrini gücləndirən digər bir detal isə onların sosial media fəaliyyətləri olub. Rabia Soytürk və Səməd Vuruşanın sosial şəbəkədə bir-birini izləməməsi diqqət çəkib.

Eyni zamanda cütlüyün birlikdə olan bütün paylaşımları da silinib.

Dəniz Pənahova 

KONKRET.az 

Seçilən
1
1
konkret.az

2Mənbələr