NASA Marsda qədim zamanlarda həyatın olduğuna dair sübutlar aşkarlayıb.
Publika.az xəbər verir ki, amerikalı astronomlar ABŞ-ın Mars aparatı "Perseverance" tərəfindən toplanan nümunələrdə qədim həyat formalarının izlərini tapdıqlarını düşünürlər.
Bu barədə agentliyin elmi proqramlar üzrə rəhbəri Nikki Foks danışıb.
Bildirilib ki, ötən il “Perseverance” roveri qırmızı planetdə “bəbir naxışı”na bənzəyən xarakterik ləkələri olan qaya tapıb və bu, tədqiqatçılarda böyük marağa səbəb olub. Onlar bu ləkələrin mikrobların əlavə məhsulları ola biləcəyi qənaətinə gəliblər.
Həmin ləkələrdə iki dəmirlə zəngin mineral olub: vianit (hidratlanmış dəmir fosfat) və qreigit (dəmir sulfid).
Vianit Yerdə çöküntülərdə, torf bataqlıqlarında və çürüməyə yaxın olan üzvi maddələrdə olur. Planetimizdəki mikroorqanizmlərin bəzi formaları qreigit əmələ gətirə bilir.