Məşhur amerikalı mühafizəkar və Tramp tərəfdarı Çarli Kirkə qarşı sui-qəsd cəhdi edilib
Ucnoqta.az xəbər verir ki, ilkin məlumata görə,o, öldürülüb.
Kirk Utah Valley Universitetinin kampusunda çıxışı zamanı vurulub. Şahidlərin dediyinə görə güllə onun boynuna dəyib. Atışmadan sonra izdihamda çaxnaşma başlayıb, insanlar müxtəlif istiqamətlərə qaçmağa başlayıblar. Hazırda hadisə yerində polis və təcili yardım xidmətləri işləyir.
Kirk məşhur mühafizəkar, respublikaçıdır, universitetlərə gəlişi və ABŞ Demokrat Partiyasının tərəfdarları ilə mübahisə etməsi ilə tanınır.