"Araz-Naxçıvan"ın moldovalı qapıçısı Kristian Avram komandasının Norveçə qarşı 11:1 hesablı məğlubiyyətindən danışıb.
Day.Az xəbər verir ki, 31 yaşlı qapıçı "Mançester Siti"nin ulduzunun hər qoldan sonra ona nə söylədiyini deyib:
"Dedi ki, mənim səhvim deyil. Hər qoldan sonra yanıma qaçıb, üzr istəyirdi. Mənə dedi ki, onlar qol fərqinə görə davam etməlidirlər".
Moldovalı qapıçı nəticənin acı olduğunu etiraf etsə də, Haalandın sözlərinin böyükhesablı məğlubiyyəti həzm etməyə kömək etdiyini söyləyib. (Offsideplus.az)