AZ

Azərbaycanda avtomobillərin sayı artırVİDEO

Ölkədə avtomobillərin sayı daha da artıb.

Xezerxeber.az-ın məlumatına görə, respublika daxilində ötən illə müqayisədə avtomobil sayında artım müşahidə olunur.

Nəqliyyat vasitələrinin sayı 1 il ərzində 5.5%, yəni 94 min 934 ədəd çoxalıb. Qəbələ rayonu 1651 ədəd artımla ilk sırada yer alıb. Abşeron rayonunda bu göstəricilər 3123 ədəd, yəni 9.3% olub. Bəs 1 il ərzində ölkədə avtomobil sayının 100 minə yaxın artmasının səbəbi nədir?

Ekspertlər bildirirlər ki, yenilərinin gətirilməsi ölkədə avtomobil parkının yenilənməsi baxımından mühüm amildir. Ancaq buna fərqli yanaşanlar da var. Sürücülər hər il paytaxtda tıxacın daha da artdığını bildirirlər. 

Avtomobil satışı üzrə ekspert Eldəniz Cəfərov deyir ki, ölkəyə idxal olunan maşınların ən azı yarısını hibrid avtomobillər təşkil edir.

Ekspertlər bildirirlər ki, yeniləri gətirildikcə köhnə avtomobillərin istismardan çıxarılması prosesi də sürətlənir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
25
xezerxeber.az

1Mənbələr